EN

"10-cu sinifdə oxuyanda demişdi ki, vaxt gələcək, şəhid olacağam, nəşimi bu maşında gətirəcəklər"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Məhəmməd komando birliklərində rabitəçi kimi xidmət edirdi. O, sentyabrın 19-u antiterror tədbirləri zamanı şəhid olub, sentyabrın 20-si torpağa tapşırılıb".
Bunu Oxu.Az-a açıqlamasında 2023-cü ilin 19-20 sentyabrında lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan Məhəmməd Xəlillinin atası İlqar Xəlilov deyib.
Onun sözlərinə görə, Məhəmmədin ötən il sentyabrın 17-də 19 yaşı tamam olub, yaşı ilə eyni tarixdə şəhidlik zirvəsinə ucalıb:
"Lakin biz onun şəhid olana qədər komandoda xidmət etdiyini bilməmişik. Həmişə deyirdi ki, təlimə gedirik, danışa bilmirəm. Döyüşlərə qatılanda da bizə təlimə getdiyini demişdi. Şəhid olana qədər heç nədən xəbərimiz yox idi.
Şəhid olmaq onun arzusu ilə yanaşı, qisməti idi. Sanki bu mərtəbəyə çatacağını hiss edirdi. Belə ki, bizim yaşadığımız ərazidə xeyir-şər evi var, qarşısında həmişə cənazə maşını dayanır. Məhəmməd bir dəfə 10-cu sinifdə oxuyanda həmin cənazə maşınına baxıb dedi ki, "vaxt gələcək, mən şəhid olacağam, nəşimi bu maşında gətirəcəklər". Dediyi kimi də oldu".
O, oğlu ilə sonuncu dəfə sentyabrın 17-si, doğum günündə danışdığını bildirib:
"Hərbi hissədə ona doğum günü keçirəcəkdilər. Lakin həyəcan siqnalı verildiyi üçün yola düşüblər. Mənə zəng edib dedi ki, yenidən təlimə gedirlər, bir həftə zəng edə bilməyəcək, ona görə də nigaran qalmayaq. Biz də inandıq. Çünki həmişə belə deyirdi axı... Sentyabrın 19-dan 20-ə keçən gecə qapı döyüldü. Gələnlər yerli bələdiyyə orqanının əməkdaşları idilər. Məhəmmədin ağır yaralı olduğunu, ziyarət etmək üçün Bərdəyə getməli olduğumuz dedilər. Lakin mən inanmadım, bildim ki, şəhid olub. Bərdəyə gedəndə şəhid olduğunu dedilər...
Təki vətən sağ olsun!"
Mərahim Nəsib
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
23
3
oxu.az

4Sources