EN

Zelenski Rusiya ilə münaqişəyə son qoyacağını bildirdi

"Ukrayna ilə Rusiya arasında silahlı münaqişəyə bu il son qoyulmalıdır".   Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Vladimir Zelenski Kiyevdə səfərdə olan AK rəhbəri Ursula fon der Leyenlə birgə mətbuat konfransında deyib. O qeyd edib ki, sülhə nail olmaq üçün Ukraynanı mümkün qədər gücləndirmək lazımdır.  “Biz bu il ikinci sülh sammitini - bu müharibəyə son qoya biləcək sammiti təşkil etmək üçün Ukraynanı mümkün qədər gücləndirməliyik. Məhz elə bir məqam ki, heç vaxt üç nöqtəyə çevrilməyəcək”. Ukrayna lideri əlavə edib ki, Avropa da döyüş əməliyyatlarının dondurulmasında deyil, etibarlı sülhün bağlanmasında maraqlıdır. Ursula fon der Leyen daha əvvəl Ukraynaya səfərinin məqsədlərini açıqlamışdı. O qeyd edib ki, Zelenski ilə Aİ-yə üzvlük, müdafiə və enerji məsələlərini müzakirə etməyi planlaşdırır.    
Chosen
74
50
manset.az

10Sources