EN

İrandan açıqlama: Livanda partlayan peycerlərdən hansı məqsədlər üçün istifadə edilirdi?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Livanda sentyabrın 17-də kütləvi şəkildə partlayan peycerlərdən əslində xəstəxana və uşaq bağçalarının işçiləri İsrailin hava hücumları barədə xəbərdarlıq almaq üçün istifadə edirdilər.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə İranın Beyrutdakı səfiri Müctəba Əmani məlumat verib.
Qeyd edək ki, Əmani özü də partlayış nəticəsində xəsarət alıb.
"Əmani bildirib ki, bütün bu peycerlər siyasi məqsədlər üçün deyil, adi insanlar tərəfindən istifadə edilib. Peycerlər xəstəxanalara, uşaq bağçalarına və digər müəssisələrə yalnız ona görə paylanıb ki, İsrailin mümkün hücumları barədə məlumat vermək olsun", - deyə hökumətin mətbuat xidmətindən qeyd edilib.
Səfir bununla bağlı Tehrandakı xəstəxanalardan birində diplomatı ziyarət edən İran hökumətinin rəsmi nümayəndəsi Fatimə Mohacerani ilə görüş zamanı bildirib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
18
45
oxu.az

10Sources