Bu gün, 21:20
Piylənmə kimi tanınan qaraciyər yağlanması xəstəliyini sadəcə əllərinizə diqqətlə baxmaqla aşkar etmək olar.AvroMedia.az xəbər verir ki, hepatoloq Sümeri İlyasın fikrincə, əllərdə dərinin qızarması, dırnaqların, xüsusilə baş və şəhadət barmaqlarının solğunlaşması, barmaqların şişməsi və böyüməsi piylənmənin potensial əlamətləridir.Yağlı qaraciyər xəstəliyi orqanda həddindən artıq yağ yığılması səbəbindən inkişaf edir və erkən diaqnoz siroz kimi ciddi nəticələrin qarşısını ala bilər. Siroz qaraciyər toxumasının normal fəaliyyətinə mane olan və həyatı üçün təhlükə yarada bilən geri dönməz çapıqlanma prosesidir. Həkimlər xəbərdarlıq edir ki, xəstəlik nə qədər müalicə olunmazsa, qaraciyər bir o qədər iltihablanır və bu, sirozla nəticələnə bilər.Əllərdə görünən dəyişikliklərə əlavə olaraq, qaraciyər problemlərini göstərə biləcək əlaqəli simptomlar var. Bunlar yorğunluq, iştahsızlıq, ürəkbulanma və kilo itkisidir. Bu əlamətlər səbəbi bilinməyən qançırlar və ya dərinin saralması ilə müşayiət olunursa, dərhal həkimə müraciət etmək vacibdir. Şişkin ayaq biləyi, dəri qaşınması və bədəndə qan damarlarının görünüşü kimi digər simptomlar da qaraciyər problemlərini göstərə bilər.//Lent.azскачать dle 12.1