EN

İrəvan Bakı və Tiflisdən daha təhlükəsizmiş – Yeni “baza”

Əbu-Dabi 2024-cü ildə dünyanın ən təhlükəsiz şəhərləri siyahısında birinci yerdə qərarlaşıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Numbeo” onlayn məlumat bazasında bildirilib. Reytinqdə Abu-Dabi 329 şəhər içində ən aşağı cinayət indeksi qazanıb - 11,8. İkinci yerdə BƏƏ-nin digər yaşayış məntəqəsi - Əcman əmirliyi (cinayət indeksi - 15,8), üçüncü yerdə Qətərin paytaxtı Doha (cinayət indeksi - 16) qərarlaşıb. Maraqlıdır ki, İrəvan 19-cu yerdə (cinayət indeksi - 22,1), Tiflis 39 (cinayət indeksi - 25,7), Bakı isə 71-ci yerdə (cinayət indeksi – 30,5) göstərilib. Qeyd edək ki, İrəvanda az qala silahlı insidentin yaşanmadığı bir gün də yoxdur. Silahlı toqquşmalar isə bir qayda olaraq avtomat silahlardan istifadə ilə baş verir. Bunun səbəbi İkinci Qarabağ savaşında əhaliyə qeydiyyatı aparılmadan kütləvi surətdə silahların dağıdılmasıdır. Bir neçə gün öncə Ermənistan Baş naziri Nikol Paşinyan da əhalidə ən azı 17 min avtomat və pulemyot olduğunu bildirərək, narahatlığını ifadə etmişdi. Ancaq Qarabağdakı vaxtilə nəzarətsiz ərazilərdə məskunlaşmış erməni terrorçu-separatçıları da öz silahları ilə Ermənistana keçiblər və bu reallıq nəzərə alınarsa, Ermənistanda əhali arasında avtomat silahların daha çox olduğunu təxmin etmək mümkündür.

Buna baxmayaraq, İrəvan Bakıdan “daha təhlükəsiz” sayılıb. Bunun səbəbi bu cür onlayn “bazaların” müəyyən maddi maraq qarşılığında çalışmasıdır. Belə ki, turistlərə adətən bu cür “bazalar” təklif edilir və onlar “təhlükəsiz şəhərlərə” yönləndirilir.Turist cəlbi nəzərdə tutulduğundan, bu cür siyahılar da “reklam qiymətləri” ilə tənzimənir. Təsadüfi deyil ki, “ən təhlükəsiz şəhərlər”in ilk üçlüyündə Avropanın heç bir şəhəri yoxdur, əvəzində BƏƏ-nin iki şəhəri var.

Chosen
162
3
buta.tv

10Sources