EN

Milli Kitabxanada "Akademik Nizami Cəfərov" adlı geniş ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub 

Bu gün Azərbaycanda Atatürk Mərkəzinin direktoru, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, akademik Nizami Cəfərovun doğum günüdür.Nizami Qulu oğlu Cəfərov 1959-cu il 21 sentyabrda Ağstafa rayonunun Zəlimxan kəndində anadan olub.Akademik Nizami Cəfərov Azərbaycan dili tarixi, ümumi türkologiya, Azərbaycan ədəbiyyatı tarixi, Azərbaycan türkcəsinin milliləşməsi və Azərbaycanşünaslığın əsasları və inkişafı tarixinə, qədim türk və türk xalqları ədəbiyyatı tarixi və müasir ədəbi proseslə bağlı tədqiqatların müəllifidir.Akademik ilk dəfə olaraq Azərbaycanda türk xalqları ədəbiyyatının çoxcildlik elmi salnaməsini yaradıb. Onun  hazırlayıb çap etdirdiyi dördcildlik "Türk xalqları ədəbiyyatı" geniş mənada türkologiya elminə sanballı xidmətdir.Nizami Cəfərovun müxtəlif illərdə Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Aşıq Ələsgər, Səməd Vurğun, Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı, Anar, Elçin Əfəndiyev, İsa Muğanna, Nəriman Həsənzadə, Gülhüseyn Hüseynoğlu, Vaqif Səmədoğlu, Zəlimxan Yaqub, Afaq Məsud və başqaları haqqında yazdığı çoxsaylı kitablar və məqalələr yüksək səviyyəli professional ədəbiyyatşünaslıq əsərləridir. O, eyni zamanda, orta ümumtəhsil məktəbləri üçün Azərbaycan dili ilə yanaşı, ədəbiyyat üzrə də dərsliklərin müəllifidir.Azərbaycançılıq ideologiyasının və Azərbaycanşünaslıq təliminin əsas tədqiqatçılarından biri Akademik Nizami Cəfərov  "Azərbaycanşünaslığın əsasları"nın yaradılmasına öz töhfələrini vermiş mütəfəkkir elm xadimidir. Müxtəlif illərdə çap edilmiş "Azərbaycan mədəniyyəti məsələləri", "Azərbaycanşünaslığa giriş", "Azərbaycanlılar: etnokulturoloji birliyin siyasi-kulturoloji əsasları", "Azərbaycan: Dil, Ədəbiyyat və Mədəniyyət", "Azərbaycanşünaslıq məsələləri", "Heydər Əliyev və Azərbaycan", "Azərbaycanşünaslığın əsasları", "Atatürkün Azərbaycan siyasəti", "Azərbaycan xalqının tarixi və tərcümeyi-halı", mühazirələri əsasında nəşr olunmuş "Azərbaycanşünaslıq mühazirələri" və s. kitabları Azərbaycanşünaslığın ədəbi-mədəni və elmi-nəzəri əsaslarını müəyyən edən və dəyərləndirən əhəmiyyətli tədqiqatlardır.Akademik Nizami Cəfərov elmi nəticələrinə və təhsil quruculuğuna görə 11 fevral 2000-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Əməkdar elm xadimi" fəxri adına layiq görülüb.20 sentyabr 2019-cu ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına və elmin inkişafında xidmətlərinə görə ölkə başçısı tərəfindən "Şöhrət" ordeni ilə təltif edilib Milli Kitabxanada akademik Nizami Cəfərovun yubileyi ilə əlaqədar “Akademik Nizami Cəfərov-65” adlı elektron məlumat bazası və "Akademik Nizami Cəfərov” adlı geniş ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.Elektron məlumat bazasında “Rəsmi sənədlər”,“Həyat və yaradıcılığı”, “Həyat və yaradıcılığının əsas tarixləri” “Görkəmli şəxslər Nizami Cəfərov haqqında”, “Nizami Cəfərov görkəmli şəxsiyyətlər və qələm dostları haqqında, yaxud klassiklərdən müasirlərə”, “Nizami Cəfərovun “Ədəbiyyat söhbətləri”, “Əsərləri”, “Haqqında”, “Dünya və Universitet Kitabxanalarında”, “Filmoqrafiyası”, “Fotoqalereya”, və s. özündə əks etdirən materiallar nümayiş olunur. Elektron məlumat bazasında təqdim olunan materiallar tam mətnləri ilə verilib.Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər http://anl.az/el/emb/C.Nizami/index.html   linkindən istifadə edə bilərlər.Ənənəvi kitab sərgisində isə alimin əsərləri, fundamental elmi tədqiqatları, dəyərli, sanballı monoqrafiyaları,  tərtibçi, ön söz, məsləhətçi, rəyçi və redaktə etdiyi kitablar, akademikin zəngin elmi yaradıcılığından, dilçilik və ədəbiyyatşünaslıq elminin inkişafındakı xidmətlərindən, ictimai-siyasi fəaliyyətindən bəhs edən Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

Chosen
13
faktinfo.az

1Sources