Ermənistanda “Vətən üçün Tavuş” hərəkatı oktyabrın 2-də hakimiyyətə qarşı mübarizənin aktiv mərhələsinə başlayacaq.
Bu barədə hərəkata rəhbərlik edən keşiş Baqrat Qalstyan deyib.
Qalstyan oktyabrın 2-də saat 18:30-da İrəvandakı Respublika meydanında mitinq təyin edib. Bildirib ki, artıq səhv etmək haqları yoxdur, son məqsədə - Paşinyanın devrilməsinə doğru addım-addım irəliləyirlər./publika.az