EN

Azərbaycan səfiri COP29 qlobal atəşkəs təşəbbüsü ilə bağlı nüfuzlu “The Guardian” qəzetində yazıb

Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov “The Guardian” qəzetində Azərbaycanla bağlı dərc edilmiş məqaləyə cavab verib. SİA-nın məlumatına görə, diplomatımız cavab məktubunda bildirib ki, olimpiya yarışlarında olduğu kimi, Azərbaycan COP29 tədbiri keçirildiyi müddətdə dünyada davam edən münaqişə tərəflərini hərbi əməliyyatları dayandırmaqla atəşkəsə dəvət edir: “Azərbaycan və Ermənistan arasında münaqişə 30 ildən artıq davam edib və iki ölkə arasında hazırda aparılan sülh danışıqlarının nəticəsi olaraq COP29-a ev sahibliyi etməsi üçün Azərbaycanın namizədliyinin Ermənistan tərəfindən dəstəklənməsi təqdir edilməlidir. Tərəflər son 30 ildə sülhə hələ bu qədər yaxın olmayıb və dünyada geosiyasi gərginliyin artdığı bir zamanda Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqları ümidvericidir”,- deyə səfir qeyd edib.Diplomat əlavə edib ki, eyni zamanda, Azərbaycanın Silahlı Qüvvələrinin mövcud olmasının sülhə təhlükə törətdiyini iddia etmək əsassızdır. Bu məntiqlə bütün dünya dövlətləri sülhməramlı fəaliyyətdən imtina etməli və BMT Təhlükəsizlik Şurası buraxılmalıdır. Odur ki, Azərbaycanın COP29 qlobal atəşkəs təşəbbüsü nə “ikiüzlülük”, nə də “süni PR” kimi qiymətləndirilə bilər: “Ermənistan tərəfindən onilliklər boyu qeyri-qanuni işğal altında saxlanılan torpaqlarda Azərbaycanın “etnik təmizləmə” həyata keçirdiyi iddiası dəfələrlə təkzib olunub. Hətta Ermənistanın təşəbbüsü ilə çağırılmış BMT Təhlükəsizlik Şurasının iclasında da bu qənaətə gəlinib. Həmin torpaqların statusu isə heç vaxt “mübahisəli” olmayıb. BMT və dünyanın hər bir dövləti, o cümlədən Ermənistanın hazırkı rəhbərliyi həmin əraziləri Azərbaycanın suveren ərazisi kimi tanıyır”

Chosen
60
13
sesqazeti.az

10Sources