EN

Ərdoğan Nyu-Yorkda “Türk Evi”ndə Paşinyanla görüşüb - Azərbaycanla sülh müqaviləsini müzakirə edib(YENİLƏNİB)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-York şəhərindəki “Türk Evi”ndə Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul edib.“Report” xəbər verir ki, görüşdə iki ölkənin münasibətlərində normallaşma, Ermənistanla Azərbaycan arasında sülh prosesləri müzakirə edilib.Prezident Ərdoğan Türkiyənin yeni dövrdə Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasına tərəfdar olduğunu və bunun üçün səylərin davam etdiyini bildirib.Türkiyə lideri Ankara ilə İrəvanın ilkin şərt qoyulmadan normallaşma istiqamətində əhəmiyyətli irəliləyişlər əldə etdiyini ifadə edərək, dialoq prosesinin davam etdirilməsinə səmimi dəstəyini vurğulayıb.***Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-nin Nyu-York şəhərində Ermənistanın baş naziri Paşinyanla görüşüb.Bu barədə "Sputnik Turkiye" xəbər verib.Mətbuata qapalı keçirilən görüşlə bağlı hələlik heç bir açıqlama verilməyib.

Chosen
48
32
mediaxeberleri.az

10Sources