Son yeniləmə: 26 Sentyabr 2024 09:50 BAYRAQDAR MEDİA – “Livan və İsrail arasında mövcud gərgin təhlükəsizlik vəziyyəti ilə əlaqədar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən müvafiq olaraq 3 və 5 avqust 2024-cü il tarixlərində edilmiş səyahət xəbərdarlıqlarına ciddi şəkildə riayət etməyin vacib olduğunu diqqətə çatdırırıq”.Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumatda deyilir: “Bununla yanaşı, İsrail ərazisində xüsusi vəziyyət elan edilməsi ilə əlaqədar vətəndaşlarımıza İsrailin Livan sərhədinə yaxın ərazilərə səfər etməməyi və yerli qurumların verdiyi təhlükəsizlik təlimatlarına uyğun davranmağı tövsiyə edirik. Əlaqə vasitələri: Azərbaycan Respublikasının İsrail Dövlətindəki səfirliyi: telaviv@mission.mfa.gov.az +972 50 356 95 82; Azərbaycan Respublikasının Livan Respublikasındakı səfirliyi: beirut@mission.mfa.gov.az
+961 4 922 066”.