EN

Putinin proqnozlaşdırdığı fəlakət başladı: Dolları görün nə gözləyir

Son bir ildə dünyada cərəyan etməyə başlayan hadisələr silsiləsi Rusiya prezidenti Vladimir Putinin əsas proqnozlarından birinin özünü doğrultmağa başladığından xəbər verir.

Bu barədə rusiyalı politoloq Yakov Kedmi danışıb.

Ekspert bildirib ki, hələ 2007-ci ildə Rusiya lideri açıq şəkildə deyirdi ki, vaxt gələcək ABŞ hegemonluğunu saxlamaq üçün bütün dünyada lokal hərbi münaqişələri qızışdıracaq.

"Putin xəbərdarlıq edib ki, Amerikaya öz imtiyazlı statusunu qoruyub saxlamağa və təsirini demək olar ki, bütün dünya ölkələrinə yaymağa imkan verən yeganə şey dollara yüksək tələbatdır ki, ABŞ onun üçün demək olar ki, ehtiyac duyduğu hər şeyi başqa ölkələrdən alır", - politoloq xatırladıb.

Y. Kedmi əlavə edib ki, məhz planetdəki bütün ölkələrin öz milli valyutalarından istifadə ehtiyacını qorumaq üçün amerikalılar Yer kürəsinin bir çox guşələrində gərginlik ocaqları yaradırlar. Bu yolla onlar dünya birliyində olan hər kəsi dollardan istifadəni davam etdirməyə təşviq etmək istəyirlər.

Eyni zamanda, Kedminin vurğuladığı kimi, Birləşmiş Ştatlar onun siyasətinin müxtəlif ölkələrdə Putinin proqnozlaşdırdığı qlobal nüvə apokalipsisinin yüz minlərlə insan üçün real fəlakətə çevrilməsindən qətiyyən narahat deyil./Publika.az


Chosen
128
2
referans.az

10Sources