“Dedim, elə ölüm, məni burada basdırsınlar”.Yenicag.az xəbər verir ki, bu sözləri aparıcı Elgiz Əkbər Avropa səyahəti zamanı getdiyi qəbristanlıqlardan danışarkən deyib.O, əcnəbilərin məzarlıqları ilə bizim qəbristanlığı müyayisə edib:“Avropalıların qəbristanlıqları o qədər gözəldir, ölmək istədim. Dedim, elə ölüm, məni burada basdırsınlar. Gül-çiçək, ağaclar, park, qəbirlər hamısı eyni rəngdə, eyni ölçüdə. Varlıyla kasıb bilinmir. Çəmənlik salıblar, camaat gedib orada piknik edir. Bizim qəbristanlıqda ancaq göz yaşları, qara-qura, ağlaşma, adamın ürəyi partlayır. Mən tələbələr gördüm qəbristanlıqda, kitab oxuyur. Oradan gələndən 5 kilo arıqlamışam”.