EN

Astma, bronxit, öskürək və soyuqdəymə üçün - ƏN FAYDALI

Yabanı halda Hindistan və Vyetnamın rütubətli meşələrində yayılmışdır. Mədəni halda isə Birmada, Hind-Çində, Şiri-Lankada, Hindistanda və sairə ölkələrdə becərilir. O, qonur rəngli ətirli, ədviyyalıdir. Büzüşdürücü dada malikdir. Toxumlarında 3-8 % qədər efir yağı vardır. Saglamolun.az hilin faydalarını təqdim edir:
Yağın tərkibi limonen, terpineol, borneol, onların mürəkkəb efiri sineol və sairə maddələrlə zəngindir (Şəkil 1.49). Şəkil 1.49. Hil Hil həzmi yaxşılaşdırır. Ürəyi və mədəni möhkəmləndirir. Əhval-ruhiyyəni yüksəldir. O, eyni zamanda tər iyini aparır, ağız qoxusunu ətirli edir. Onu mədə xəstəliyi, ürək bulanma və qaraciyər ağrısı, böyrək daşı zamanı işlətmək xüsusi əhəmiyyətə malikdir. Onu toz halında buruna çəkirlər və müxtəlif səbəbdən yaranan baş ağrısını sakitləşdirməkdə istifadə edirlər. Bunun toxumlarından tibbdə bir çox xəstəliklərin, ödqovucu, öskürək, zökəm, revmatizm və sairə müalicəsində istifadə olunur. Bu ədviyyat spesifik ətrinə görə fərqlənib, iaşədə, konserv sənayesində istifadə edilir. Bundan əlavə ədviyya kimi müxtəlif xörəklərə də əlavə edilir.
  • Hil qaz qovucu xüsusiyyətə malikdir. Bu şəkildə həzm prosesinə kömək edir. Köp və mədə kramplarının müalicəsində də çox təsirli olan elettaria mədə turşularını tənzimləyir.
  • Hil həmçinin sidikqovucu xüsusiyyətə malikdir. Böyrəklərdə yığılan kalsiumu çıxarmaqla yanaşı qan təzyiqini aşağı salmaqla böyrək sağlamlığını da qoruyur. Hilin müntəzəm istifadəsi böyrək, sidik kisəsi və sidik problemləri kimi xəstəlikləri aradan qaldırır.
  • Tərkibində bol miqdarda A vitamini var. A vitamini güclü yaddaş üçün ən yaxşı vitaminlərdən biridir.
  • Elettaria olduqca təsirli bir antidepresandır. Sakitləşdirici xüsusiyyətləri sayəsində depressiya, narahatlıq, panik ataklar və bənzər psixoloji şərtlərlə mübarizə aparır.
  • Hiı astma, bronxit, öskürək və soyuqdəymə kimi tənəffüs problemlərinin aradan qaldırılmasına kömək edir. Ağciyərlərdə qan dövranını yaxşılaşdırır.

Saglamolun.Az





Chosen
100
saglamolun.az

1Sources