EN

Almaniyada işsizlik rekord səviyyədə qalır

Müəllif:Ayşən İmanova/Banco.az

Sentyabrda Almaniyada işsizlik səviyyəsi 6% təşkil edib ki, bu da 2021-ci ilin mayından bəri ən yüksək səviyyə hesab olunur.

Banco.az xəbər verir ki, bu barədə Almaniya Məşğulluq Agentliyi məlumat yayıb.  

Payızın ilk ayı ərzində işsiz almanların sayı 17 min nəfər artıb ki, bu da analitiklərin proqnozlarını xeyli üstələyir. 

Eyni zamanda, dövr ərzində açıq vakansiyaların sayı 696 min elana qədər azalıb ki, bu da avqust ilə müqayisədə 3 min, ötən ilin göstəricisindən isə 65 min azdır.

Bu yaxınlarda “Deutsche Bank”ın iqtisadçısı Robin Vinkler bildirib ki, Almaniya yalnız müharibədən sonrakı dövrlə müqayisə edilə bilən görünməmiş sənaye tənəzzülü yaşayır. Onun sözlərinə görə, hazırkı böhran miqyasına görə 2008-ci il tənəzzülləri və pandemiya dövründən aşağı olsa da, 20-ci əsrin struktur böhranlarından daha dərin və uzunmüddətlidir.

Ən sərfəli kredit üçün müraciət et

Chosen
49
1
banco.az

10Sources