EN

Əsədin villası niyə vurulub? - General qardaşının ölməsi xəbəri

Suriya mənbələri Əsədin qardaşının İsrailin hücumundan sonra öldürülməsi və ya yaralanması ilə bağlı xəbərləri təkzib edib.
Belə ki, İsrailin Suriya prezidentinin qardaşı Maher Əsədin Dəməşq yaxınlığında yerləşən villasına endirdiyi hava zərbəsi itkisiz ötüşüb.

Ölkə.Az xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Müşahidə Qrupu məlumat yayıb. Təşkilatın məlumatına görə, Suriya ordusunun 4-cü diviziyasının komandiri Maher Əsəd hücum zamanı paytaxtdan kənarda olub.
Ərəb mediasının məlumatına görə, villadan tez-tez "Hizbullah" liderləri və İran hərbçiləri istifadə ediblər.
Avqustun 1-də bildirilib ki, "Hizbullah"ın yüksək rütbəli məmuru Suriya prezidentinin qardaşından onun nəzarətində olan diviziyanın şəxsi heyəti ilə Colan təpələrində yeni cəbhə açmağı xahiş edib.
Ölkə.Az

Chosen
10
5
baki.media

6Sources