Albaniyanın paytaxtı Tiranada keçirilən “Albanian Open” beynəlxalq turnirində yeniyetmə taekvondoçulardan ibarət Azərbaycan millisi birinci yeri tutub.Komanda.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidməti məlumat yayıb.Yığmamız turniri 5 qızıl, 2 gümüş və 7 bürünc medalla başa vurub.