Almaniyanın "Ştuttqart" klubunun futbolçusu Atakan Karazor milli komanda karyerasındakı seçimini Türkiyə millisindən yana edib.Metbuat.az xəbər verir ki, Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmannla görüşən 27 yaşlı yarımmüdafiəçi "ay-ulduzlu" formanı geyinmək istədiyini bildirib. O, qardaş ölkə yığmasının baş məşqçisi Vinçentso Montelladan dəvət gözləyir.Qeyd edək ki, cari mövsüm 8 oyuna çıxan "Ştuttqart"ın kapitanı 1 qol vurub.