İran İsrailin Nevatim hərbi bazasına zərbələr endirib.Report.az xəbər verir ki, bununla bağlı "Tasnim" agentliyi məlumat yayıb.Bundan əlavə, İranın "Shafaq" agentliyi bəyan edib ki, İslam İnqilabı Keşikçiləri Korpusunun endirdiyi raket zərbəsi zamanı İsrail Hərbi Hava Qüvvələrinə məxsus 20-dən çox F-35 təyyarəsi vurulub.IRIB telekanalı isə İranın “Fəttah” hipersəs raketlərinin İsrailin “Arrow-2” və “Arrow-3” raketdən müdafiə sistemlərini məhv etdiyini açıqlayıb."Fars" agentliyi isə İran raketlərinin 80 %-nin İsraildəki hədəfləri vurduğu barədə xəbər verib. Həmçinin iddia edib ki, bu, yalnız birinci hücum dalğasıdır və ikincisini gözləmək lazımdır. Eyni zamanda İsrail Ordusu hələlik yeni hücumun gözlənilmədiyini bildirib.Qeyd edək ki, oktyabrın 1-də İran İsrailə kütləvi raket hücumu həyata keçirib. Raket zərbələri səbəbindən İraq, İordaniya və Livan hava məkanını bağlayıb.Birinci məlumatlanmaq üçün facebook səhifəmizi