EN

Rus əsgərlərinin Ukraynalı hərbi əsirləri güllələməsi araşdırılır

Ukrayna hüquq mühafizə orqanlaı Rusiya əsgərlərinin Donetsk vilayətində 16 ukraynalı hərbi əsiri qətlə yetirməsini araştırır.

Herbian.az xəbər verir ki, Ukrayna Baş Prokurorluğu oktyabrın 1-də bildirib ki, müharibə qanunlarının pozulması ilə bağlı ibtidai istintaq başlayıb. İstintaqın başlamasına səbəb Ukraynanın Telegram kanallarında yayılan video olub. İddialara görə, orada rus əsgərlərinin təslim olan Ukrayna Silahlı Qüvvələrinin əsgərlərini güllələdiyi göstərilir.

Bununla bağlı prokurorluğun açıqlamasında bildirilir ki, yayəlan görüntülərdə Rusiya əsgərləri tərəfindən əsir götürülən Ukrayna Silahlı Qüvvələrinin hərbçilərinin sıraya dfüzülərək qəsdən onlara atəş açıldığı əks olunub. 

Ukraynanın baş prokuroru Andrey Kostin qeyd edib ki, bu, “cəbhə xəttində ukraynalı hərbi əsirlərin edam edilməsi ilə bağlı məlum ən kütləvi haldır”. Kostinin sözlərinə görə, ukraynalı məhbusların qətli və işgəncələri “təsadüfi deyil, Rusiya hərbi və siyasi rəhbərliyinin düşünülmüş siyasətidir”.

Chosen
113
18
herbiand.az

10Sources