Müasir dövrün təlaşında bir çox insan özünü yorğun hiss etdiyi üçün idmana vaxt ayıra bilmir, pilləkənləri qalxmaq əvəzinə liftdən istifadə edir, axşam yeməyindən sonra ekran qarşısında oturmağa üstünlük verir.
News24.az lent.az-a istinadən xəbər verir ki, aparılan araşdırmalar zamanı məlum olur ki, oturaq həyat tərzinin ömrü qısaldır.
İnsanların ölüm hallarının 15 faizi kifayət qədər fiziki fəaliyyətin olmaması səbəbilə baş verir. Sağlam həyat üçün 7-70 yaş arası hər kəsin idman etməsi lazım olduğunu vurğulayan mütəxəssislər heç bir sağlamlıq problemi olmayan hər kəsə həftədə 150 dəqiqə orta intensivlikli aerobik fəaliyyət və güc məşqləri etməyi tövsiyə edir.
Hər gün müntəzəm olaraq idman etmək əzələ sisteminin və ürək-damar sistemlərinin daha effektiv işləməsini təmin edir.
Bütün yaş qrupları üçün kifayət qədər fiziki fəaliyyət zəruridir. Həftədə ən azı 5 gün 30 dəqiqə orta intensivlikdə və ya 3 gün ciddi aerobik idmanla məşğul olmaq tövsiyə edilir.