EN

Hündürlükdən yıxılan kişi xəstəxanada öldü

Lənkəranda hündürlükdən yıxılan kişi xəstəxanada ölüb.

Axar.az-ın Report-a məlumatına görə, hadisə rayonun Bəlləbur kəndində qeydə alınıb.

Belə ki, Bəlləbur kənd sakini, 1993-cü il təvəllüdlü Elgün Rza oğlu Rzazadə işlədiyi sexdə hündürlükdən yıxılıb və baş nahiyəsindən ciddi xəsarət alıb.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanada ona zəruri tibbi yardımlar göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
95
2
axar.az

10Sources