EN

MKİ-nin direktoru Börns: İsrail İranın hücumuna verəcəyi cavabı diqqətlə ölçür...

Mərkəzi Kəşfiyyat İdarəsi İsrailin İrana cavab zərbəsi endirməyə hazırlığının təfərrüatlarını açıqlayıb...

Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns deyib ki, İsrail hazırda İranın raket hücumuna cavabını “diqqətlə ölçüb-biçir”.

Poliqon xəbər verir ki, MKİ direktorunun sözlərini CNN telekanalı sitat gətirib.

Börns ABŞ-ın nə İranın, nə də İsrailin “hərtərəfli münaqişəyə can atmadığı” fikrində olmasına baxmayaraq, Yaxın Şərqdə qəsdən eskalasiya riskinin çox real təhlükə” yaratdığını qeyd edib.

MKİ-nin direktoru deyib ki, İsrail İranın son ballistik raket hücumuna necə cavab verəcəyini çox diqqətlə hazırlayır. Börns həmçinin müxtəlif formada zərbələrin qlobal enerji bazarı və iqtisadiyyatı üçün nəticələri barədə xəbərdarlıq edib.

Oktyabrın 6-da ABŞ-ın keçmiş müdafiə naziri Mark Esper İsrailə İrandakı nüvə obyektlərinə hücumların mümkün mənfi nəticələri barədə xəbərdarlıq edib. General İranın İsrailin nüvə obyektlərinə potensial hücumunu “əhəmiyyətli zərbə” hesab edib, lakin risklərin adekvat qiymətləndirilməsinə çağırıb. Esperin fikrincə, təhlükə İsrailin ərazinin dərinliyinə getməli” olması ilə bağlıdır və bu halda pilotu itirmək riski var. ABŞ Müdafiə Nazirliyinin keçmiş rəhbəri başqa bir riski mülki əhali arasında potensial itkilər adlandırıb ki, bu da iranlıların hazırkı hökumət ətrafında birləşməsinə səbəb ola bilər.

Poliqon.info

Chosen
38
50
poliqon.info

10Sources