EN

“Honda” ABŞ-də 1.7 milyon avtomobili geri çağırır

Honda sükan mexanizmindəki problemlərə görə ABŞ-də 1.7 milyon avtomobili geri çağırır. Bu barədə dünən, oktyabrın 9-da Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi Administrasiyasının (NHTSA) bəyanatına istinadən “Reuters” məlumat yayıb. Geri çağırılan modellər arasında 2020-ci ildən istehsal edilən “Civic Type R”, “Acura Integra” və “CR-V” var.

NHTSA-ya görə, geri çağırılan avtomobillərdə istehsal qüsurları sükan idarətməsində həddindən artıq sürtünməyə səbəb ola bilər. Avtomobillərdə köhnəlmiş elementlər dəyişdiriləcək və zəruri hallarda mexanizm yenidən yığılacaq və ya yağlanacaq.

Chosen
117
19
banker.az

10Sources