Serbiya prezidenti Aleksandr Vuçiç Rusiyanın Ukrayna ərazisindəki hərəkətlərini pisləyən bəyannamə imzalayıb.
Oxu24.com xəbər verir ki, bu barədə N1 nəşri məlumat yayıb.
Mətndən belə çıxır ki, Vuçiç Xorvatiyanın Dubrovnik şəhərində keçirilən, Vladimir Zelenskinin və region ölkələrinin liderlərinin iştirak etdiyi “Ukrayna – Cənub-Şərqi Avropa” sammitində iştirak edib.
N1 xəbər verir ki, tədbirin sonunda Rusiyanın Ukraynadakı hərəkətlərini pisləyən bəyannamə imzalanıb. Bundan əlavə, sənəddə Kiyevlə həmrəylik və dəstək ifadə edilir, həmçinin respublikanın Avropa İttifaqı və NATO-ya üzvlük kursu alqışlanır, materialda qeyd olunur.
Danas bir gün əvvəl Aleksandr Vuçiçin rusiyalı həmkarı Vladimir Putini ad günü münasibətilə təbrik etmədiyini yazmışdı.
Nəşrin yazdığına görə, Serbiya lideri və Belqrad hakimiyyəti tərəfindən təbriklərin olmamasının konkret səbəbləri göstərilməyib. Danas qeyd edir ki, Vuçiç prezident olduğu 8 il ərzində hər il bu gündə Putini ad günü münasibətilə təbrik edib.
Vuçiç bundan əvvəl Serbiyanın Aİ-də Rusiya üçün “troya atı” olmayacağını demişdi.
Nigar