İsrail Hərbi Hava Qüvvələri Livanın paytaxtı Beyrutdakı bir binaya hədəfli hava zərbələri endirib.
Bizim.Media xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Al Hadath” telekanalı məlumat yayıb.
Məlumata görə, hücumun hədəfi Hizbullahın keçmiş lideri Nəsrullahın kürəkəni və təşkilatın “müdafiə naziri” Vafiq Səfa olub . Onun öldürülməsi ilə bağlı hələlik heç bir rəsmi məlumat yoxdur.
Bizim.Media