EN

“ASAN İmza” vergi ödənişini asanlaşdırır

Dövlət Vergi Xidmətindən aldığımız məlumata əsasən, cari ilin yanvar–sentyabr aylarında vergiödəyicilərinə xidmət mərkəzlərində, ümumilikdə, 479 min 807 şəxs qəbul edilib və onlara 729 min 305 xidmət göstərilib.

Bunlardan 272 mindən çoxu şifahi (müraciət etmiş şəxslərin vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar suallarının cavablandırılması), 141,7 mindən çoxu isə elektron (bəyannamələrin və hesabatların, müxtəlif ərizələrin tərtib edilməsinə və elektron formada göndərilməsinə köməklik göstərilməsi) xidmətlər olub. Ümumi xidmətlərin 89 faizini 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib.

Yanvar–sentyabr aylarında vergiödəyicilərindən daxil olmuş 26,5 mindən çox yazılı müraciət cavablandırılıb, onlara 10,8 milyona yaxın məlumatlandırma xarakterli müxtəlif növ bildiriş göndərilib. Hesabat dövründə 3452 vergiödəyicisinin iştirakı ilə 227 görüş keçirilib, 4001 vergiödəyicisinə ünvanlı xidmət göstərilib. Bu ilin 9 ayı ərzində, ümumilikdə, 286 min 973 müraciət üzrə 462 min 851 “ASAN imza” sertifikatı verilib.

Chosen
22
3
xalqqazeti.az

10Sources