İsrail Müdafiə Qüvvələri (IDF) Livan Hizbullah hərəkatının elit Radvan bölməsinin Radvan raket qüvvələrinin komandiri Erib Əl-Şajın öldürüldüyünü açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İsrail qoşunlarının mətbuat xidmətinin "Telegram" kanalında müvafiq məzmunlu yazı dərc edilib.
Açıqlamada Livanda Hizbullah üzvünə hücum edildiyi bildirilib.
Mətbuat xidməti həmçinin bildirib ki, İsrail əsgərləri Livan hərəkatının silah anbarlarına və buraxılış qurğularına hücum edib. Bundan əlavə, ölkənin cənubundakı Hizbullahın müşahidə məntəqələrinə də hücum edilib.