EN

Dünyanın maraqlı varlıqları – VƏHŞİ ADAMLAR

Dünyanın elə bölgələri var ki, hələdə sivilzasiyadan uzaqdır və dünyada baş verən hadisələrdən xəbərsizdirlər. Afrika cəngəlliklərindəki vəhşi adamlar, Amazon meşələrində dünyadan bixəbər bəzi tayfalar ibtidai insanlar kimi həyat sürür və ətraf aləmdən təcrid vəziyyətdə yaşayırlar.

KONKRET.az xəbər verir ki, dünyadakı vəhşi tayfalar haqqında çox yazılıb. Bildirilir ki, onlar bilərəkdən sivil dünyanı rədd edirlər. Onlar əcdadları kimi yaşamağı, ətraf aləmlə əlaqəni kəsməyi üstün tutublar. Belə tayfalardan biri də Cənubi Amerikada yaşayan Piraha qəbiləsidir.

Pirahalar

Dünyanın ən xoşbəxt insanları hesab edilən pirahalarda saat anlayışı yoxdur. Onlar saymağı da bilmirlər. Bu qəbilənin insanlarnın maraqlı düşüncə tərzi var.
Pirahalar Braziliya meşələrində yaşayırlar. Onların gələcəklə bağlı heç bir planı yoxdur. Bütün günü baraban çalır, şənlənirlər. Az yatırlar. Pirahalar hər dəfə bir az fərqli oyandıqlarını düşünürlər, buna görə də uzun müddət yatmaqdan yayınırlar.

Vəhşi tayfalardan biri də Korubodur.

Avropalılar Qərbi Amazon hövzəsindəki meşələrin yerli sakinlərini yalnız 1996-cı ildə tapa biliblər. Korubolar digər qəbilələr kimi bədənlərinə döymə vurmur. Onların da lideri yoxdur, qəbilədə hamı bərabərdir. Saçlarını qəribə şəkildə kəsdirirlər. Korubaların məişəti, mədəniyyəti tam öyrənilməyib.

Vəhşi tayfalardan biri də İndoneziyada yaşayan korovailərdir.

Korovailər insan əti ilə qidalanır, ağaclarda yaşayır. Yüksək hündürlükdə pis ruhların onlara çatmayacağına inanırlar. Banyan evləri 15 metr hündürlükdə yerləşir. Heç bir pilləkəndən istifadə etmirlər. Özləri təbii çeviklik və uzun dirəklərin köməyi ilə evə dırmaşırlar. Bu tayfa 70-ci illərdə aşkar edilib. “Ağ adam”la görüşməzdən əvvəl korovailər sivil dünyadan xəbərsiz olublar. Onlar elə hesab edirmişlər ki, yer üzündəki yeganə insanlar özləridir.
Asaro Mudman – bu Yeni Qvineyada yaşayan bir qəbilənin adıdır. Onlar başlarına gil maskalar keçirirlər. Bu maskalar onları mifik varlıqlara bənzədir. Asaro maskalarının tarixi isə qədimdir. Bir gün yerlilər düşmən qəbiləsinin hücumuna məruz qalarkən asarolar çaya qaçaraq orada üzlərini palçıq və gillə örtüblər. Bundan sonra kəndlərinə qayıdanda düşmənlərinə elə gəlib ki, onlara pis ruhlar hücum edib. Və döyüş meydanından geri çəkilməyə məcbur olublar. O vaxtdan bəri Asaro qəbiləsi insanları qorxudan qoruyucu maskalar taxır. Bu gün asarolar digər qəbilələrə nisbətən turistlərlə daha çox təmasdadırlar. Lakin onların həyat tərzi hələ də orijinaldır və mədəniyyətləri öz orijinallığını itirməyib.

Sentinel

Bu qəbilədən olanlara yaxınlaşmaq qadağandır. Sentinellər Benqal körfəzindəki bir adada yaşayırlar. Hindistan hakimiyyəti gəmi və qayıqlara Sentinel adasına yaxınlaşmağa rəsmən qadağa qoyub. Sentinellərin özləri başqa insanlarla əlaqə saxlamağı sevmirlər. Sentinellər min illər boyu tam təcrid vəziyyətində yaşayıblar. Əvvəllər onlarla əlaqə saxlamaq cəhdləri daha tez-tez baş versə də, uğursuzluqla nəticələnirdi. ABŞ-dən gələn bir təbliğçi Allahın kəlamını “vəhşilərə” çatdırmaq üçün onlara yaxınlaşandan sonra onu adadan sağ çıxartmaq mümkün olmadı. Yalnız bir neçə dəfə iki qrup alim bu tayfa ilə əlaqə yarada bilib. Bir neçə gündən sonra alimlər adadan sağ-salamat çıxıblar.

Çimbular da vəhşi qəbilədir.


Qəbilə dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yaşayır. Onların yaşayış yeri Yeni Qvineyadadır. Çimbulanı görənlər onları Skelet qəbiləsi adlandırırlar. Onlar arıq deyillər və öskürmürlər, sadəcə olaraq bədənlərini və üzlərini skeletlərin görünüşünü xatırladan dizaynlarla rəngləyirlər. Onlara pis ruhları aldatmaq üçün bədən və üz rəngi lazımdır. Çimbu cəngavər hərəkət ilə özünü pis ruhlar kimi göstərir ki, şər ruhlar onlara hücum etməsin, onları özləri kimi qəbul etsinlər. Çimbuların insandan pis ruhu qovmaq üçün maraqlı bir ritualı var. Aborigenlər öz üzərilərinə skelet boyası çəkirlər və sonra bu formada potensial sahib olan şəxsi təqib edirlər. Belə bir təqibdən pis ruhun mütləq insanın bədənindən atılaraq meşəyə qaçacağına inanılır.

Perudan gələn sirli qəbilə

2012-ci ildə səyahətçilər Peru meşələrində dili onlar üçün anlaşılmaz və görünüşü bir az ruhdan salan bir qrup insan tapdılar. “Yeni insanlar” onları görənlərdən qaçmağa çalışıb. Səyyahlar həmin insanları kameraya çəkməyə nail olublar. Daha sonra turistlər görüntüləri antropoloqlara təqdim veriblər. Müəmmalı adamları araşdırmaq üçün onlar axtarılıb. Lakin tayfanı tapmaq mümkün olmayıb.

Vəli Həsənoğlu,

KONKRET.az

Chosen
81
50
konkret.az

10Sources