EN

Almaniya mart ayından bəri İsrailə silah tədarük etmir

Almaniya hakimiyyəti bu ilin mart ayından İsrailə silah ixracına icazə verməyib.

APA “Bild” nəşrinə istinadən xəbər verir ki, iqtisadiyyat naziri Robert Habek və XİN başçısı Annalena Berbok müvafiq qərarlar qəbul edən Federal Təhlükəsizlik Şurasında yeni tədarüklərin qarşısını alıblar.

Almaniyanın Yaşıllar Partiyasının mövqeyi ona gətirib çıxarıb ki, İsrail bir neçə ay ərzində alman silahlarını, o cümlədən tanklar və helikopterlərin ehtiyat hissələrini ala bilməyib.

Hər iki nazir təkidlə bildiriblər ki, İsrail hökuməti Almaniyanın verdiyi silahlardan “soyqırımı üçün” istifadə etməyəcəyinə zəmanət verməlidir.

Berlin İsraildən belə bir yazılı vəd verməsini istəyib.

Oktyabrın 9-da İsrail lazımi zəmanətləri verdi və bu, Almaniya kansleri Olaf Şoltsun Bundestaqda İsrailə silah tədarükünün davam etdirildiyini elan etməsinə imkan verib.

Chosen
128
50
apa.az

10Sources