EN

Almaniya Ukraynaya “Taurus” qanadlı raketləri verəcək – Fridrix Merz seçkilərdə qalib gələrsə

Xristian Demokratlar İttifaqının lideri, Almaniya kanslerliyinə namizəd Fridrix Merz Ukrayna ordusuna “Taurus” qanadlı raketlərinin verilməsinə yalnız bir şərtlə razılaşacağını bildirib.

“Ntv” xatırladır ki, məhz XDİ/CSU-nun parlament fraksiyası iki dəfə Ukrayna ordusuna bu raketlərin verilməsi təklifi ilə çıxış edib. ARD telekanalının efirində siyasətçi izah edib ki, Berlin əvvəlcə Vladimir Putinə Ukraynadakı mülki obyektləri bombalamağı dayandırmalı olduğunu deməlidir.

Moskva qulaq asmasa, o zaman Merz Almaniyanın verdiyi silahların istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağı və yalnız bundan sonra uzaqmənzilli “Taurus” raketlərinin Ukrayna Silahlı Qüvvələrinə verilməsini zəruri hesab edir.

//Samir Qurbanov, Editor.az

Chosen
82
5
editor.az

10Sources