EN

Məşhur milyarderlÉ™ baÄŸlı ÅŸok iddia: KeçmiÅŸ sevgilisini ÅŸÉ™xsi detektivlÉ™rlÉ™ izlÉ™tdirib

"Tesla" və "SpaceX"in qurucusu, X sosial media platformasının sahibi olan məşhur milyarder İlon Mask noyabrda ABŞ-da keçiriləcək seçkilər öncəsi ölkənin əsas simasına çevrilib. Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Trampı dəstəklədiyini açıqlayan və Trampın mitinqlərində çıxış edən Mask 200 milyonluq "Twitter" izləyicisinə ifadə azadlığının "demokratiyanın əsası" olduğunu, başqasını susdurmağa çalışan hər kəsin məhkum olacağını bildirir.

Demokrat.az
xəbər verir ki, ancaq "Tortoise Media"nın "İlon Mask agentləri" adlı araşdırmasına görə, məşhur milyarder azadlığın sərhədlərini görməzlikdən gəlir və özünə qarşı tənqidləri yatırmaq və ətrafındakı insanları izləmək üçün özəl detektivlərdən və müşahidə alətlərindən istifadə edir.

Britaniyanın "Daily Mail" qəzetində yer alan məlumata görə, onun hədəfləri arasında keçmiş sevgilisi Amber Heard da olub. İddialara görə, 2017-ci ildə cütlük birlikdə olarkən Maskın təhlükəsizlik komandası, "Heard Aquaman" filminin çəkilişi zamanı onun hərəkətlərini izləmək üçün Avstraliyanın özəl araşdırma firması ilə anlaşıb.

Taylandda mağarada qapalı qalan 12 uşaq və onların məşqçisinin xilas edilməsinə kömək edən britaniyalı dalğıc Vernon Unsvort da Maskın qurbanlarından biridir. Məşhur milyarder Unsvortu sosial şəbəkədə "pedofiliya"da ittiham edib və sonradan bu paylaşımı silib üzr istəsə də, buna görə məhkəməyə verilib.

İddiaya görə, Mask Ceyms Hovard Higgins adlı şəxsi detektivdən o zamankı "pedofiliya ittihamını" sübut etmək üçün Diver Unsvortu araşdırmasını istəyib. Şəxsi araşdırmaçı Maska söz vermişdi ki, britaniyalı dalğıc 7/24 nəzarət altında qalacaq, özünü xeyriyyə işçisi kimi təqdim edərək onun haqqında məlumat toplayacaq. Ancaq araşdırmalara görə, özəl müstəntiq Higgins sadəcə bir fırıldaqçı olub və onun Maska verdiyi bütün məlumatlar yalan çıxıb.

Araşdırmaya görə, Maskın keçmiş sevgilisi Heard və dalğıc Vernon Unsvort onun izlədiyi tək adlar deyil. Bir neçə keçmiş "Tesla" işçisi də onlara qarşı casusluq edildiyini və telefonlarının sındırıldığını iddia edir.

"Tesla" hər hansı bir hakerlik və ya qeyri-qanuni nəzarətin mövcudluğunu qəti şəkildə inkar etsə də, işçilər günün 24 saatı nəzarətdə olduqlarını, hətta şəxsi e-poçtlarının və mətn mesajlarının oxunduğunu iddia edirlər.

JalÉ™
Demokrat.az
Chosen
52
5
demokrat.az

10Sources