EN

Yastıpəncəli kişilər hansı durumda hərbi xidmətə yararsızdırlar?

Yastıpəncəlik yeriyən zaman ayaq altında və üstündə, topuq oynağında ağrıların, sonra isə daha ciddi fəsadların yaranmasına səbəb ola bilər.

Musavat.com bildirir ki, həkim Abbas Bağırov baku tv-yə açıqlamasında yastıpəncəliyin iki formada müşahidə olunduğunu bildirib:

"Birincisi, ayaq darağının eninə genişlənməsi, ikincisi isə, uzununa düzlənməsi. Uzununa düzlənmə adətən 10-25 yaş aralığında baş verir. Eninə düzlənməyə isə 25-50 yaşlarda daha çox rast gəlinir".

Bəs bu xəstəlik kişilərdə hansı hallarda vətəndaşın hərbi xidmətə yararlı olmadığını göstərir?

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədr müavini Ramin Rzayev bildirib ki, "Xəstəliklər cədvəli"ndə hərbi xidmətə yararlılığın kateqoriyaları müəyyənləşdirilib:

"D kateqoriyasına əsasən, yastıpəncəliyi olan vətəndaşlar həm dinc, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab olunurlar".

Chosen
13
18
musavat.com

10Sources