EN

Gəncləri siqaretə “aşiq edən” səbəblər

Onlar kimi aldadır - elektron siqaret fəsadı....

Son zamanlar siqaret çəkənlərə qarşı cəza mexanizmlərinin sayı artıb. Amma bu, xüsusən də gəncləri siqaretdən yayındıra bilirmi? Niyə bu zərərli vərdişə daha çox gənclər meyl edir? Ümumi rəqəmlər nədən xəbər verir?

Ümumiyyətlə, elektron siqaret çəkənlər say etibarilə üstünlük təşkil edir. Çünki bu cür siqaretlər digərləri ilə müqayisədə daha cəlbedici olmaqla həm də asılılıq yaradır, ondan imtinanı çətinləşdirir.  Lakin bu qanun layihəsində elektron siqaretlərlə bağlı heç bir müddəa yer almayıb. Azərbaycanda siqaret çəkənlərin 36.7 faizini kişilər, 2.26 faizini isə uşaqlar təşkil edir. Qadınlarla bağlı rəqəmlərə gəldikdə isə Azərbaycanda gündəlik olaraq siqaret çəkən qadınların sayı təxminən 11 mindir. Bu barədə tobaccoatlas-ın 2015-ci il məlumatında qeyd olunub.

Məlumatda deyilir ki, Azərbaycanda siqaret çəkənlərin 0.58 faizini qızlar təşkil edir ki, bu da rəqəm etibarı ilə 1600-dür. 2016-cı ilin hesabatında isə qeyd olunur ki, Azərbaycanda siqaretdən dünyasını dəyişən qadınlar 8.51 faiz olub. Bu isə həftəlik olaraq 48 qadının siqaretdən dünyasını dəyişməsi deməkdir. Burada qeyd olunur ki, siqaret çəkməyə görə iqtisadi ziyan dəyəri isə 1387 milyon manatdır ki, bura da səhiyyə xərcləri ilə əlaqəli birbaşa xərclər və erkən ölüm və xəstələnmə səbəbindən itirilmiş məhsuldarlıqla bağlı dolayı xərclər, erkən ölümlə əlaqədar olaraq itirilən məhsuldarlıq dəyəri daxildir.

Britaniyadakı elm adamları, Bristol Universitetinin valideyn və uşaq sağlamlığı üzrə fəaliyyət göstərən ALSPAC araşdırma mərkəzinin 14 500 ailənin iştirak etdiyi araşdırmasından sonra bu nəticəyə gəliblər.

1266 gəncin 2004-2008-ci illərdə qeyd edilən məlumatlarını nəzərdən keçirən tədqiqatçılar 13,14 və 17 yaşlarındakı iştirakçıların siqaretdən və spirtli içkidən istifadə etməklərini və ürək damarlarının sağlamlığını araşdırıblar.

Burada iki əsas dəyişiklik irəli çıxıb:

- Həyatları boyu çəkdikləri siqaret sayı;

- Spirtli içkidən istifadə etməyə başladıqları yaş.

Araşdırma nəticələrinə əsasən, həyatı boyunca 100-dən artıq siqaret çəkənlər, ya da daha çox spirtli içki qəbul edənlərin ürəklərində, 20-dən az siqaret çəkənlərin və gündə 2 spirtli içki qəbul edənlərə nisbətdə daha çox damar sərtləşməsi əlamətlərinə rast gəlinib.

BBC-yə açıqlama verən Böyük Britaniya Ürək Fondunun (BHF) direktoru, professor Metin Avkiran dərnəyin maliyyə dəstəyi verdiyi bu araşdırmanın “cəsarət verən nəticələr” təqdim etdiyini söyləyib.

“Bu araşdırma ürək arteriyalarındakı problemlərin gənc yaşlarda belə özünü göstərə biləcəyini və bunun sonrakı illərdə çox ciddi problemlərə səbəb olacağını göstərir. Həqiqətən həyatınızı xilas edə biləcək bəzi dəyişiklikləri etmək üçün heç bir zaman gec deyildir” deyən Avkiran bunları əlavə edib:

“Siqareti tərgitmək ürəyinizi qorumaq üçün edə biləcəyiniz tək və ən yaxşı yoldur. Spirtli içki qəbul edirsinizsə, bunun təklif edilən miqdarı keçməməsinə diqqət etməlisiniz”.

Yalnız yaşı 60-dan yuxarı olan şəxslər deyil, 30 yaşlı siqaret çəkən gənclərin də koronavirusa yoluxma riski yüksəkdir. Bunu Türkiyə Səhiyyə Nazirliyinin Elmi Şurasının üzvü professor Yeşim Taşova bildirib. “İhlas” xəbər agentliyinə danışan professor əlavə edib ki, 50 yaşlı xroniki xəstələr də risk qrupuna daxildir.

Amerika alimləri siqaretə vərdiş əmələ gətirən maddəni aşkar ediblər. Britaniyanın “Deyli Teleqraf” qəzetinin yazdığına görə, 11 siqaret markası üzərində aparılmış tədqiqatlar Amerika bazarında ən çox satılan bu tütün məmulatlarının siqaret çəkənlərin beyninə müxtəlif dərəcədə təsir göstərdiyini aydınlaşdırıb. Belə ki, “Marlboro” siqaretlərində bu maddənin miqdarı 9,6 faiz, “Uinston”da 6,2 faiz, “Kemel”də 2,7 faizdir.

“Marlboro” siqaretlərinin istehsalçısı olan “ Filip Morris” şirkətinin nümayəndəsi isə bu faktlara özünəməxsus tərzdə münasibət bildirərək deyib ki, “təhlükəsiz siqaret yoxdur və onların hamısı eyni dərəcədə vərdiş yaradır”.

ÜST xəbərdarlıq edir ki, son vaxtlar gənclər arasında elektron siqaret aludəçilərinin sayı artıb və bu, çox ciddi təhlükə mənbəyidir. ABŞ-da 200-ə yaxın insan elektron siqaret çəkmək nəticəsində xəstələnib.

Xüsusilə gənclər arasında elektron siqaretdən istifadə etmək vərdişi çox sürətlə yayılır. Bəzən gənclər elə düşünürlər ki, elektron siqaretlər ənənəvi siqaretlərdən daha az zərərlidir. Bəziləri isə bunu siqareti tərgitməyin ən səmərəli üsulu kimi qəbul edir. Əslində isə bu, heç də belə deyil. Tütün dumanlı siqaretlərdən də bahalı olan elektron siqaretlər ürək-damar və onkoloji xəstəliklər riskini artırır.

Elektron siqaret nikotinli və nikotinsiz olmaqla iki qrupa bölünür. Lakin əksər istehsalçılar onların tərkibinə mütləq nikotin daxil edirlər. Elektron siqaretin buxarı tənəffüs yollarının və ağciyərlərin selikli qişasını məhv edir. Artıq bir çox ölkələrdə elektron siqaretlərin fəsadları qeydə alınıb.

Elektron siqaretlərdən gənclər daha çox tütünçəkmənin əvvəlində istifadə edirlər. Bu, bütün hallarda təhlükə mənbəyi sayılır və tütünçəkmənin dəstəklənməsinə xidmət edir. Çox vaxt qapalı məkanlarda siqaret çəkməyə icazə verilmədiyindən gənclər elektron siqaretə meyil göstərirlər. Halbuki çox vaxt elektron siqaretləri də, digər ənənəvi siqaretləri də eyni şirkətlər istehsal edir. Bu baxımdan, elektron siqaretlərin təhlükəsiz olması barədə deyilənlər, sadəcə, marketinq siyasətidir.

Dünya Səhiyyə Təşkilatının metodologiyası əsasında aparılmış araşdırmalara əsasən, Azərbaycanda 13-15 yaşlı yeniyetmələrin 10,3%-i (əsasən oğlanlar) nə vaxtsa siqaret çəkib və onların 32,6 %-i 10 yaşadək bunu edib. Yeniyetmələrin 28,8%-i evdə, 40,8%-i isə qapalı ictimai yerlərdə tütün tüstüsünün təsirinə məruz qalır. Siqaret çəkən yeniyetmələrin 64,8%-i mağazadan siqaret alıb. Halbuki qanunvericilik buna yol vermir. Yeniyetmələrin 32,5%-i düşünür ki, siqaret vitrinləri siqaret çəkməyə həvəsləndirir. Siqaret çəkməyən yeniyetmələrin 8%-i növbəti il siqaret çəkməyə başlaya bilər.

Ziqmund Freyd insanların vərdişlərini maraqlı izah edirdi. O deyirdi ki, oral tip xarakterli insanlarda vərdişlər daha çox olur. Ən çox da siqaret çəkmək. Bu gün bu vərdişlər azyaşlılar arasında sürətlə yayılır. Səbəb isə çox sadədir. Psixoloji mühitdə yaranan boşluq. Azyaşlı hər hansı bir formada özünün psixi enerjisini realizə etməlidir. Təəssüf ki, bu zaman onları doğru istiqamətə yönləndirmək olmur. Çünki valideyn və uşaq arasında çox dəhşətli uçurum var. Uşaqların bu tip addım atmalarına səbəb isə birbaşa valideynlərin özləridir.

Valideynlər bunu qəbul etməsə də, azyaşlı uşaqların yanında siqaret çəkərək ilk olaraq özləri bu vərdişi onlara təlqin edirlər. Uşaqlarda bunu örnək alır və özünü kişi kimi sübut etməyə çalışır. Bu, eynən qızlarda da belədir.

Hazırladı: Sevinc 

Chosen
28
2
musavat.com

10Sources