EN

Qaralmış banan yeyilməlidirmi?

Banan həm dadlı meyvədir, həm də bir çox desertlərin əvəzolunmaz hissəsidir. 

Ancaq bu meyvə qısa müddətdə istehlak edilmədikdə , dərhal qaralmağa başlayır.

Bir qisim mütəxəssislər qaralmış bananın istehlak edilməsini, bəziləri isə uyğun olmadığını deyir.

Maraqlıdır, qaralmış banan istehlak edilə bilərmi?

Dietoloq Leyla Sarıyeva Hit.az-a deyib ki, qaralmış banan tam dəymiş meyvə sayılır: 

“Banan yetişdikcə, çox yumşaldıqca, şirinləşir. Bu ona görə baş verir ki, mürəkkəb karbohidratlar və şəkər həll olaraq, daha sadə və faydalı saxaroza çevrilir. Belə bananı orqanizm və qan daha tez mənimsəyir, həzm yaxşı gedir, vitaminlər çox olur. Qaralmış banan xərçənglə mübarizə aparır. Qabığında yaranan tünd qara ləkələr meyvənin çürüdüyü mənasına gəlmir. Bu, bananın yetişməsi deməkdir. Bananın üzərində qara-qəhvəyi rəngli ləkələr nə qədər çox olarsa, faydası bir o qədər çoxdur. Bananın üzərindəki qara nöqtələr bədəndəki anormal hüceyrələrlə mübarizə aparan xüsusi maddədir. Çoxaldıqca mübarizənin gücünü daha da artırır”.

Sevinc

Chosen
18
5
hit.az

6Sources