EN

Ağır yorğanlar depressiyanı, DƏHP-ni müalicə etməyə və yuxunu yaxşılaşdırmağa KÖMƏK EDİR

Ağır yorğanlar depressiyanı, DƏHP-ni müalicə etməyə və yuxunu yaxşılaşdırmağa kömək edir.

İnterpress.az xəbər verir ki, tədqiqat American “Journal of Occupational Therapy” jurnalında dərc olunub.

Avstraliyalı alimlər müəyyən ediblər ki, ağır yorğan yuxunu normallaşdırmağa kömək edir. Bu, yorğanın təzyiqinin serotonin və melatonin istehsalını stimullaşdırması ilə bağlıdır.

Bundan əlavə, sinir sisteminə müsbət təsir göstərir, emosional rifahı yaxşılaşdırır və xroniki ağrıları azaldır.

Həmçinin həyəcanı, DƏHP (Diqqət çatışmazlığı hiperaktivlik pozuqluğu, hiperaktivlik ilə diqqət pozğunluğu və ya diqqət çatışmazlığı hiperaktivlik pozuqluğu) və hətta depressiya əlamətlərini aradan qaldırmağa kömək edir.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
36
3
interpress.az

10Sources