EN

“Metro Park”ın qarşısındakı qətllə bağlı məhkəmə başlayır

Tural Kamil oğlu Kosayevin ölüm faktı üzrə aparılan ibtidai araşdırma başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev bildirib.

Qeyd edilib ki, Bakı hərbi prokurorluğunda istintaqı yekunlaşdırılan cinayət işi üzrə muvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Allahverdiyev İsmayıl İbrahim oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü (Ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 228.2.2-ci (Təkrarən qanunsuz olaraq odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını saxlama və gəzdirmə), 232.2.3-cü (öz qulluq mövqeyindən istifadə etməklə odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını talama) və digər maddələri ilə ittiham elan edilib və iş baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

Qeyd edək ki, hadisə bu ilin iyunun 26-sı qeydə alınıb. Hadisəni törədən 20 yaşlı İsmayıl Allahverdiyev 24 yaşlı Tural Kosayevi "Metro Park" ticarət mərkəzinin önündə güllələyib.

Chosen
50
31
bakivaxti.az

10Sources