EN

Arıqlaya bilməmək, yuxululuq, əsəbilik - Həkim səbəblərdən danışdı

Boğazda zob əmələ gəlməsi, yuxululuq, əsəbilik, çəki dəyişikliyi və əzələ ağrıları qalxanvari vəzin xəstəliyinə işarə edə bilər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı endokrinoloq Anastasiya Lunyova məlumat verib.

"Qalxanvari vəzin işində ən kiçik pozuntu belə sağlamlıq vəziyyətində ciddi fəsadlara səbəb ola bilir. Boğazda düyünlənmə hissinə diqqət yetirmək lazımdır. Bu, çox vaxt LOR orqanlarının xəstəlikləri ilə əlaqəli olsa da, hormon problemlərini istisna etmək vacibdir. Həmçinin, boyunda görünən və ya yalnız əllə hiss edilən hər hansı bir törəmə olduqda həkimə müraciət lazımdır", - deyə mütəxəssis bildirib.

Çəkidə hər hansı istiqamətdə izah olunmayan dəyişikliklər və ya arıqlaya bilməmək qalxanvari vəzi problemlərinə işarə edə bilər. Xarici görünüşdə də dəyişikliklər ola bilər: saçların qırılması və tökülməsi, dırnaqların nazikləşməsi və tutqunlaşması.

Qalxanvari vəzi hormonlarının çatışmazlığı beyindən bədənə siqnalların ötürülməsinə cavabdeh olan sinir hüceyrələrinə zərər verir. Bu zaman ağrılı spazm və qıcolmalar, həmçinin ətrafların keyləşməsi yarana bilər.

"Əgər nə hərəkət etmək, nə düşünmək, nə işləmək istəyirsinizsə, yalnız uzanmaq və ya yatmaq istəyirsinizsə, bunu yaşa, mövsüm dəyişikliyinə və ya başqa bir şeyə aid etməyin. Həkimə müraciət edib hormon problemlərinin olmadığına əmin olmaq daha yaxşıdır. Bu, xüsusilə qohumlarında qalxanvari vəzi problemi olan insanlar üçün vacibdir", - deyə həkim qeyd edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Chosen
7
17
milli.az

10Sources