EN

Ermənistanın Tərtər və Bərdəni raketlərlə vurmasından dörd il ötür

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



2020-ci il oktyabrın 28-də Azərbaycanın iki yaşayış məntəqəsi Ermənistan silahlı qüvvələri tərəfindən raketlərlə vurulur.
Oxu.Az xatırladır ki, müharibə cinayətləri törətməkdə davam edən Ermənistan silahlı qüvvələri saat 10:15-də "Smerç" yaylım atəşli reaktiv sistemindən Tərtəri atəşə tutur. Bombardman böyük dağıntılara səbəb olur.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsində Ermənistan silahlı qüvvələri 29 oktyabra qədər Tərtər rayonu ərazisinə 15 500 mərmi atıb. Nəticədə 133 ev tamamilə dağıdılıb, 873 ev, həmçinin 14 məktəb, üç xəstəxana və 18 dövlət binası ziyan görüb.
Oktyabrın 28-də saat 13:56-da Ermənistan silahlı qüvvələri Bərdədə dinc sakinləri yenidən "Smerç" raketləri ilə atəşə tutur.
Düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərində dinc sakinlərin sıx yaşadığı yerlərə qadağan olunan kasetli bombalardan istifadə olunmaqla zərbələr endirilməsi nəticəsində, aralarında uşaq və qadınlar da olmaqla, 21 nəfər həlak olur, 83 nəfər isə xəsarət alır.
Şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə, yaşayış evlərinə və digər tikililərə külli miqdarda ziyan dəyir.
Təbii ki, bütün bunlar Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymadığını, cinayətkar xislətindən əl çəkməyəcəyini bir daha nümayiş etdirdi.
Chosen
198
50
oxu.az

10Sources