EN

Gürcüstan ərazisini Fransadan Ermənistana silah tədarükü üçün bağlasa, günah Cavax ermənilərində olacaq – Xzmalyan

Gürcüstan öz ərazisini Fransanın Ermənistana silah-sursat tədarükü üçün bağlasa, bunun günahı həm Cavax ermənilərinin, həm də Ermənistan hakimiyyətinin üzərinə düşəcək.

İnterpress.az xəbər verir ki, bunu Ermənistanın Avropa Partiyasının sədri Tiqran Xzmalyan erməni mediasına deyib. O, Gürcüstanda keçirilən seçkilərə toxunaraq, analoji fikrini bildirib.

Gürcüstanda keçirilən seçkilərin Ermənistana təsirinə gəlincə, Xzmalyan həmkarlarından birinin dərin təhlilindən sitat gətirib:

“Əgər sabah Gürcüstan Ermənistana Fransa silahlarının verilməsi üçün Rusiya Federasiyasının tələb etdiyi kimi öz ərazisini Ermənistan üçün bağlasa, onda bu faciənin günahı həm İvanişvilinin rusiyayönlü partiyasına səs verən Cavax ermənilərinin, həm də bu rusiyayönlü partiyanı təbrik etməyə tələsən Ermənistan hakimiyyətinin üzərinə düşəcək”. – Xzmalyan vurğulayıb.

Gürcüstanda nə baş verdiyini soruşduqda, o, “mənim fikrimcə, heç nə, hər şey təzə başlayır” deyib.

Xzmalyanın fikrincə, vəziyyət hakim partiya üçün çıxılmaz vəziyyətə düşüb, çünki ABŞ və Avropa bu nəticələri tanımır. ABŞ dövlət katibinin qısa məktubu, onun fikrincə, ultimatum kimi qiymətləndirilə bilər. “Aydın yazılıb ki, Gürcüstan öz xalqının Aİ və Avropa sivilizasiyası istiqamətində seçimini davam etdirməyə borcludur.

Xuraman Etibarlı

İnterpress.az

 

Chosen
30
34
interpress.az

10Sources