EN

İlin ən yaxşı məşqçisi müəyyənləşdi

“Real”ın baş məşqçisi Karlo Ançelotti Yohan Kroyf mükafatının qalibi olub. 

Rekord.az xəbər verir ki, sözügedən mükafat ilin ən yaxşı məşqçisinə təqdim olunur. 

Ançelotti Parisin “Şatle” teatrında keçirilən ilin ən yaxşılarının mükafatlandırma mərasimində qalib elan edilib. Lakin “Real”dan heç kim sözügedən tədbirdə iştirak etmir.

Qeyd edək ki, 2023/24 mövsümündə italiyalı mütəxəssis “Real”la birgə İspaniya çempionatının və Çempionlar Liqasının qalibi olub. 

Karlo Ançelotti ilə yanaşı, mükafata Xabi Alonso (“Bayer”), Luis de la Fuente (İspaniya millisi), Lionel Skaloni (Argentina millisi), Can Pyero Qasperini (“Atalanta”) və Xosep Qvardiola (“Mançester Siti”) da namizəd idi. 

Qadınlar arasında isə ilin ən yaxşı məşqçisi “Çelsi”nin çalışdırıcısı Emma Heyz seçilib. 

Chosen
65
25
rekord.az

10Sources