Kamala Harris bildirib ki, onun prezidentliyi Baydendən fərqli olacaq...
ABŞ-ın vitse-prezidenti və Demokratlar Partiyasından dövlət başçısı vəzifəsinə namizəd Kamala Harris deyib ki, qarşıdan gələn seçkilərdə qalib gəlsə, onun prezidentliyi Co Baydenin prezidentliyindən fərqli olacaq.
Poliqon xəbər verir ki, Harris bu barədə Vaşinqtonda çıxışı zamanı bildirib.
Siyasətçi qeyd edib ki, vitse-prezident postunu tutmaq onun üçün şərəfdir. Eyni zamanda, HarrisOval Ofisə öz təcrübəsini və fikirlərini gətirəcəyini vəd edib.
“Mənim prezidentliyim fərqli olacaq, çünki qarşılaşdığımız çətinliklər fərqlidir”, deyə Harris vurğulayıb.
Prezidentliyə namizəd həmçinin qeyd etdi ki, dörd il əvvəl ABŞ-ın hazırkı administrasiyasının əsas prioriteti pandemiyaya son qoymaq və iqtisadiyyatı xilas etmək idi.
“İndi ölkə hakimiyyətinin ən vacib vəzifəsi pandemiyadan əvvəl də artan və hələ də çox yüksək olan” xərcləri azaltmaqdır”, deyə vitse-prezident əlavə edib.
Qeyd edək ki, Amerikada prezident seçkiləri 2024-cü il noyabrın 5-də keçiriləcək.
Poliqon.info