EN

Sənədsiz torpağı olanlar diqqət: İşiniz asanlaşdı - VİDEO

Bildiyimiz kimi, Azərbaycan Respublikasında, xüsusilə Bakı şəhərində Yeni Suraxanı, Məhəmmədi, Ramanı və s. qəsəbələrdə kənd təsərrüfatı kateqoriyalı torpaq sahələrində müxtəlif yaşayış massivləri inşa edilib.

Bu yaşayış massivlərində minlərlə fərdi yaşayış evi olmasına baxmayaraq, mülkiyyət sahibləri inşa etdikləri evləri özəlləşdirə bilmirlər, bu da öz növbəsində bir neçə hüquqi problem yaradır. Məsələn, şəxslər faktiki yaşadıqları ünvanda qeydiyyata düşə bilmir, varislərinə inşa etdikləri evləri vəsiyyət edə bilmir, həmçinin inşa edilmiş evlərə dair ər və arvadın birgə nikah dövründə əldə edilən əmlakla bağlı hüquqları yaranmır.

Azərbaycan Respublikasının Prezidentinin 24.08.2024-cü il tarixli Fərmanı ilə təsdiqlənmiş “Torpağın kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi haqqında Qaydalar”, torpaq sahələrinin təyinatının dəyişdirilməsi prosesini daha da təkmilləşdirib.

Yeni fərman bu sahədə başqa nələri dəyişəcək?

Əmlak eksperti Nüsrət İbrahimov BTV-yə açıqlama verib.

Ətraflı videoda:






Xəbər 5 dəfə oxunub.
Chosen
70
2
xezernews.az

3Sources