EN

Netanyahu oğlunun toyunu təxirə salmaq istəyir - SƏBƏB

İsrailin baş naziri Benyamin Netanyahu dron hücumlarından ehtiyat edərək təhlükəsizlik səbəbi ilə kiçik oğlu Avnerin toyunu təxirə salmaq istəyir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kan dövlət teleradiokommaniyası bildirib.

Məlumata görə, İsrail hökumətinin başçısı qapalı danışıqlarda mövcud vəziyyət və qonaqlar üçün mümkün hədsiz risk fonunda tədbirin təxirə salınmasını məqsədəuyğun hesab etdiyini bildirib.

Baş nazirin oğlu Avnerin toyu noyabrın 26-da paytaxt Təl-Əvivin şimalındakı “Havat Ronit” kompleksinə təyin olunub.

Bundan əvvəl Livanın “Hizbullah” hərəkatı İsrailin baş naziri Binyamin Netanyahunun Təl-Əvivdəki evinə hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Chosen
70
3
bakivaxti.az

10Sources