EN

İstanbulda evində saxlanılan CHP-li bələdiyyə sədri haqda həbs qərarı verildi - PKK ilə işbirliyində ittiham olunur

Xəbər verdiyimiz kimi, dünən səhər saat 08.00 radələrində ev və iş yerində axtarış aparılmaqla, saxlanılan və ana müxalifət partiyası CHP-nin üzvü olan Esenyurt rayon Bələdiyyəsinin sədri, professor Ahmet Özer barədə həbs qətimkan tədbiri seçilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul Prokurorluğu onu PKK terorr təşkilatına gizli maliyyə və siyasi dəstək verməkdə ittiham edib.

Məlumata görə, həbs edilən Esenyurt Bələdiyyə sədrinin gizli əlaqə yaratdığı PKK mənsubları arasında axtarışda olan terrorşular da var: "Onun Şevket T. ilə gizli əlaqəsindən tutmuş, qardaşı oğlu Agit B.-nin 2015-ci ildə PKK/KCK adına kəndlərdə fəaliyyət göstərdiyi sırada təhlükəsizlik qüvvələrinə təslim olması ilə bağlı faktlar üzə çıxarılıb. Bundan əlavə, Özerin 2005-ci ildə “dövlətin birliyini və ərazi bütövlüyünü pozmaq” və 2014-cü ildə “terror təşkilatı təbliğatı aparmaq” ittihamı ilə haqqında cinayət işi açılmış Abdürrəhman D ilə də münasibət saxladığı aşkarlanıb. Onların 31 mart 2024-cü ildə keçirilən seçkilərdə Van Böyükşəhər Bələdiyyə Başçılığına namizədlik prosesində şəhərdə gərginlik çıxarılmasına gzli dəsətk verdikləri də artıq sirr deyil...".

Bütün bunlarla yanaşı, Özerin bir çox PKK mənsubları ilə telefon danışıqlarının stenoqramları çıxarılıb: "O, həmçinin oktyabrın 5-də Esenyurt Bələdiyyəsinin təşkil etdiyi festivalda “PKK/KCK terror təşkilatının təbliğatı” ittihamı ilə məhkum olunan müğənni Rojda S-nin verdiyi konsert zamanı PKK lehinə şüarların səsləndirilməsinə də zəmin yaradıb. Həmçinin, Özerin  2016-cı ildə nəşr olunan və terror təşkilatının təbliğatı məqsədi ilə yazdığı kitabların yer aldığı “Dağ ağrısı” adlı kitabda İran sərhəddindəki dağ kəndlərində yaşayan üç dostun həyat hekayəsindən bəhs edir və personajın mübarizəsini tərifləyir. Kitabda "partizan komandiri" olaraq bəhs etdiyi Şervan, Türkiyə Silahlı Qüvvələrinə qarşı terror fəaliyyəti yürüdən müsbət şəxs obrazında təqdim olunub. Bu azmış kimi, Özerin bələdiyyədəki ofisində olan jurnalın 12-ci səhifəsində Türkiyə Silahlı Qüvvələrinin Diyarbəkirin Sur bölgəsində keçirdiyi əməliyyatlar zamanı qarşıdurmada öldürülən Hakan A.-nın cəsədinin görüntülərinin atası tərəfindən qəbul edilmə görüntülərinə məqsədli yer verilib".

Firudin Səfərli

MİA.AZ

Chosen
59
1
mia.az

2Sources