EN

Mask ABŞ-nin gələcəyini bu cür GÖRÜR

Amerikalı sahibkar və milyarder İlon Mask Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın qalib gələcəyi təqdirdə ABŞ-nin gələcəyinin necə olacağı barədə danışıb.

Medianews.az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb.

Mask bildirib ki, Tramp noyabrın 5-də keçiriləcək seçkidə qalib gəlsə, ABŞ özünün ən parlaq dövrləri ilə qarşılaşacaq.

“Trampın ikinci prezidentliyi Amerika üçün ən əyləncəli vaxt olacaq… Bu, heyrətamiz olacaq”, – deyə o proqnozlaşdırıb.

Qeyd edək ki, oktyabrın 6-da Mask Pensilvaniya ştatının Butler şəhərində keçirilən seçki kampaniyası mitinqində Trampı dəstəkləyib. “Prezident Tramp qalib gəlməlidir” deyərək milyarder bildirmişdir.

Chosen
25
50
medianews.az

10Sources