2024-cü ilin 9 ayı ərzində baş vermiş yanğın hadisələrindən təhqiqatı aparılmış yanğınların sayı 1351 olub.
Bu barədə "Report"a FHN-dən məlumat verilib.
Bildirilib ki, qeyd olunan dövr ərzində yanğın hadisələri zamanı 35 nəfər həlak olub, 163 nəfər xəsarət alıb.
Bu da ötən illə müqayisədə yanğından həlak olanlar üzrə 9 nəfər və ya 35%, xəsarət alanlar üzrə 39 nəfər və ya 31% çoxdur.