EN

Kremaski Messidən hansı məsləhətləri aldığını açıqladı

“İnter Mayami”nin yarımmüdafiəçisi Bencamin Kremaski argentinalı hücumçu Lionel Messinin oyunla bağlı ona nə məsləhəti verdiyini açıqlayıb.

Arena.az “TyC Sports” dərgisinə istinadən, amerikan futbolçunun bu barədə fikrini təqdim edir:

“Biz, Messinin oyunlarda məndən nəyə ehtiyacı olduğu, əlaqə qurmağı, nəyi inkişaf etdirə biləcəyimi düşündüyü və nə öyrənə biləcəyim barədə danışırıq. O, məndən, özümə daha yaxşı mövqe seçməyi, topu gözləməyi, hərəkətsiz qalmağı, həmişə hərəkətdə olmamağı, boşluqlar yaratmağa çalışmağı xahiş edir. Mən isə onun dediyi hər xüsusu mənimsəməyə çalışıram, çünki mən ondan öyrənməliyəm. O, ən yaxşısıdır”, deyə Kremaski bildirib.

Lionel Messi 2023-cü ilin yayından MLS təmsilçisi “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində 23 oyuna çıxıb, 22 qol vurub və 13 məhsuldar ötürmə verib. Təcrübəli ulduzun “İnter Mayami” karyerası ümumilikdə 37 oyun, 33 qol və 18 məhsuldar ötürmədən ibarətdir.

“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 189 oyun keçirib, 112 qol vurub və 60 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

“Leo”nun qənimətlər muzeyində müxtəlif fərdi mükafatlar, həmçinin 8 “Qızıl top”u var.

Chosen
70
17
arena.az

10Sources