Demokratlar partiyasını təmsil edən Ağ Ev administrasiyası amerikalıları xaricdə “mənasız müharibələrə” göndərir.
Bizim.Media xəbər verir ki, bunu Respublikaçılar partiyasının ABŞ-ın prezidenti postuna namizədi Donald Tramp özünün sosial media hesabında yazıb.
“Onlar pulumuzu mənasız xarici müharibələrə yönəldirlər”, - deyə Donald Tramp bildirib.
Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Seçkilərdə demokratları ölkənin hazırkı vitse-prezidenti Kamala Harris, respublikaçıları isə Ağ evin sabiq rəhbəri Donald Tramp təmsil edəcək.
Bizim.Media