EN

Filarmoniyada növbəti konsert Zəfər Gününə həsr olunub

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində növbəti konsert 8 Noyabr - Zəfər Gününə həsr olunub.

Filarmoniyadan Herbiand.az-a bildirilib ki, konsertdə F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı (bədii rəhbər və baş dirijor Xalq artisti Ağaverdi Paşayev, baletmeyster Əməkdar artisti Ceyhun Qubadov, xormeyster Əməkdar artisti Naala Baratelia, musiqi rəhbəri Mahir İbrahimov) musiqisevərlərə öz ifa və rəqslərini təqdim ediblər.

Həmçinin Azərbaycanın xalq və bəstəkar mahnıları, milli rəqsləri ifa olunub.



Chosen
48
28
herbiand.az

10Sources