EN

Tacikistan Counter Strike və GTA video oyunlarını QADAĞAN EDİR

Tacikistan Counter Strike və GTA video oyunlarını qadağan etməyi düşünür.

İnterpress.az xəbər verir ki, bu barədə Tacikistan mediası məlumat yayıb. Bildirilir ki, Tacikistan Daxili İşlər Nazirliyi Counter Strike və GTA video oyunlarını qadağan etməyi təklif edib.

Agentlik kompüter mərkəzlərinin sahiblərinə və valideynlərə müraciət edərək uşaqların zorakılıq və antisosial davranış səhnələri olan oyunlara çıxışına nəzarət edilməsini xahiş edib.

Tacikistan Mədəniyyət Nazirliyi bəyan edib ki, Counter Strike və GTA ölkənin mədəni və əxlaq normalarına ziddir və bu, gənclərin davranışlarına mənfi təsir göstərir.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
44
interpress.az

1Sources